SİYASƏT
Közhan Yazgan: Azərbaycan və Türkiyənin qüdrəti qurur yerimizdir
İstanbul, 20 sentyabr (AZƏRTAC). Türk Dünyası Araşdırmaları Vakfinin sədri Közhan Yazgan Azərbaycan və Türkiyənin müdafiə qüdrətinin artmasını xalqlarımız üçün tarixi iftixar və qürur mənbəyi kimi dəyərləndirib.
K.Yazgan AZƏRTAC-a müsahibəsində bildirib ki, iki qardaş ölkəyə məxsus Hərbi Hava Qüvvələrini təmsil edən aviasiyanın birgə təlimləri bir tərəfdən müdafiə gücümüzün göstəricidirsə, digər tərəfdən qarşılıqlı faydalı əməkdaşlığın nümayişidir. Azərbaycan və Türkiyə hərbi aviasiyasının nümayiş etdirdiyi birgə nadir uçuşlar, pilotlarımızın məharəti bütün dünya, o cümlədən türk dünyası üçün qardaşlıq örnəyidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul