Kreml: RF ilə Ukrayna arasında əsirlərin mübadiləsi üzrə təmaslar davam edir
Moskva, 17 noyabr, AZƏRTAC
Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi ilə bağlı təmaslar davam edir, lakin hazırda nümayəndə heyətlərinin mümkün görüşü barədə heç bir konkret məlumat yoxdur.
AZƏRTAC Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadla xəbər verir ki, iki tərəf arasında əsirlərin mübadiləsi ilə bağlı ekspert səviyyəsində əlaqələr davam etdirilir və danışıqlar aparılır. Lakin nümayəndə heyətləri arasında mümkün görüşlə bağlı hələlik konkret məlumat verilməyib.
Peskov, həmçinin jurnalistlərə qarşıdan gələn danışıqlarla bağlı “əlavə edəcək bir detalın olmadığını” bildirib.
Kremlin sözçüsü onu da qeyd edib ki, mümkün Rusiya-Amerika sammitinin vaxtını proqnozlaşdırmaq çətindir. Onun sözlərinə görə, görüşün keçirilməsi üçün şərtlər hələ müəyyən edilməyib, baxmayaraq ki, Moskva mümkün qədər tez bir zamanda bu görüşü keçirməkdə maraqlı olduğunu təsdiqləyib.
O, sammitin məhsuldar olmasının zəruriliyini və bunun üçün diqqətlə hazırlıq tələb olunduğunu təkrarlayıb. “Bu cür hazırlıqlar başa çatdıqda və şərait yarandıqda, ümid edirik ki, görüş baş tutacaq”, - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]