KRIM TATARLARI ONLARA QARŞI SOYQIRIMININ TANINMASINI TƏLƏB EDİRLƏR
Sessiya iştirakçıları soyqırımı məsələsi ilə yanaşı, Krımın yerli əhalisinin hüquqlarının müdafiəsi, Ukrayna Ali Radasına qarşıdakı seçkilər, Krım muxtariyyətinin qanunverici məclisi, yerli özünüidarə orqanları ilə bağlı məsələləri də müzakirə edəcəklər.
Noyabrda Ukrayna Yerli Xalqların Öyrənilməsi və Dəstəklənməsi Fondu ölkədə Krım tatarlarının hüquqlarının daim pozulması ilə əlaqədar BMT-yə bir neçə şikayət göndərmişdir. Sənəd müəlliflərinin fikrincə, Ukraynada hakimiyyətin dəyişməsindən asılı olmayaraq, Krım tatarları hüquqlarının pozulması halları ancaq artır.
1939-cu ildə SSRİ-də keçirilmiş əhalinin siyahıya alınmasının nəticələrinə görə, Krımda 1.126.429 nəfər yaşayırdı, onların 51,5 faizi ruslar, 25,9 faizi isə Krım tatarları idi. Hələ müharibənin gedişində başlanmış sürgün nəticəsində Krımda, demək olar, tatar qalmamışdı. Hazırda tatarlar əhalinin sayına görə Krımda ruslar və ukraynalılardan sonra üçüncü yeri tuturlar. 1989-cu ildə keçirilən əhalinin siyahıya alınması ilə müqayisədə, Krım tatarlarının sayı 6,4 dəfə artmış və 2001-ci ildə 243,4 min nəfər olmuşdur ki, bu da yarımada əhalisinin təxminən 12 faizinə bərabərdir.