Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçilib
Bakı, 4 iyun, AZƏRTAC
“Mançester Yunayted” klubunda 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçilib. Otuz yeddi yaşlı hücumçu azarkeşlərin səsverməsi ilə mövsümün ən yaxşısı adına layiq görülüb. O, “Mett Basbi” kubokunu alıb.
Kriştiano Ronaldo karyerasında 4-cü dəfə bu mükafatı qazanıb ki, bu da qapıçı David De Xea ilə birgə rekorddur.
Portuqaliyalı futbolçu 2003/2004-cü, 2006/2007-ci və 2007/2008-ci il mövsümlərində "Mançester Yunayted"də ilin oyunçusu mükafatını alıb.
Qeyd edək ki, Kriştiano Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 matçda 24 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]