KUBA İRANIN NÜVƏ TƏDQİQATLARINI DƏSTƏKLƏYİR
Kuba Milli Məclisinin prezidenti Rikardo Alarkon Havanada İran parlamentinin sədri Qulaməli Həddad Adil ilə görüşdə demişdir: “Bəşəriyyət üçün hər hansı fundamental enerji mənbələrini inhisarlaşdırmağa heç kimin ixtiyarı yoxdur. Heç kim hər hansı bir xalqa nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək imkanı verməmək hüququna malik deyildir”.
İran parlamentinin sədri öz ölkəsinin rəhbərliyinin Kuba xalqına və hökumətinə hörmətini ifadə etmiş, lakin nüvə araşdırmaları məsələsinə toxunmamışdır.
Həddad Adil fevralın 16-da Kubaya ikigünlük səfərə gəlmişdir. Bundan əvvəl o, Venesuelada olmuşdur. Burada Prezident Uqo Çaves də İranı dəstəklədiyini bildirmişdir. Venesuela lideri bəyan etmişdir ki, İran atom enerjisi sahəsində tədqiqatlar aparmaq hüququna malikdir və həqiqi nüvə təhlükəsinin mənbəyi ABŞ-dır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]