KUBA RESPUBLİKASI DÖVLƏT ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ
CƏNAB RAUL KASTRO RUSA
Hörmətli cənab Sədr,
Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, səadət, dost Kuba xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 fevral 2008-ci il.