Kür çayında suyun səviyyəsi artmışdır
Bakı, 17 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamenti tərəfindən çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-170, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil etmişdir.
Dekabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınmışdır. Bu məntəqədə su sərfi saniyədə 141 santimetr olmuşdur. Kür çayının aşağı axınındakı məntəqələrdə, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 392, Şirvanda 267, Salyanda 286, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 150 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]