Kür çayının aşağı axınında suyun səviyyəsi düşmüşdür
Bakı, 3 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 145-205, Kiçik Qafqazın çaylarında 65-75, Lənkəran-Astara bölgəsi çaylarında 65-115, Naxçıvan Muxtar Respublikası çaylarında isə 15-20 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 208 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 102 kubmetrdir.
Araşdırmaya görə, aprelin 1-dən etibarən Kürün aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 25, Şirvanda 14, Salyanda 14, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə 15 santimetr azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 600, Şirvanda 519, Salyanda 449, Bankədə 333, Araz çayının Novruzlu məntəqəsində isə 350 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]