Kür çayının aşağı axınında suyun səviyyəsi düşmüşdür
Bakı, 12 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən iyunun 12-də çaylarda araşdırma aprılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-70, Kiçik Qafqazda 60-85, Lənkəran-Astarada 65-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil etmişdir. İyun ayının 1-dən etibarən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 89 santimetr, Qanıx çayının Əyriçay məntəqəsində isə 37 santimetr azalması müəyyən edilmişdir.
Eyni zamanda, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsinin 19, Şirvanda 28, Salyanda 20, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində isə 24 santimetr azalması müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356, Şirvanda 217, Salyanda 183, Bankədə 219, Araz çayının Novruzlu məntəqəsində isə 74 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]