Kür çayının aşağı axınında suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır
Bakı, 4 iyul (AZƏRTAC). Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-110, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 120 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 10 santimetr azalma qeydə alınmışdır. Bu məntəqədə su sərfi saniyədə 137 kubmetr olmuşdur. Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik baş verməmişdir.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 296, Şirvanda 135, Salyanda 68, Bankədə 196, Novruzlu məntəqəsində isə 20 santimetrdir. Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]