Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınmışdır
Bakı, 20 iyun (AzərTAC). Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-90, Kiçik Qafqazın çaylarında 60, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilmişdir.
Məlumata görə, iyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməmişdir. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 322, Şirvanda 173, Salyanda 110, Bankədə 206, Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]