Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 24 santimetr azalıb
Bakı, 9 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 25-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 137 kubmetr olmaqla ongünlük normanın 46 faizini təşkil edir. Ötən il bu rəqəm saniyədə 212 kubmetr təşkil etməklə ongünlük normanın 71 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 34 kubmetr olmaqla ongünlük normanın 23 faizini təşkil edir. Ötən il bu göstərici saniyədə 39 kubmetr təşkil edərək ongünlük normanın 27 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Salyanda 24, Şirvanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 (2017-ci il iyulun 9-da 318 sm), Şirvanda 213 (2017-ci il iyulun 9-da 167 sm), Salyanda 127 (2017-ci il iyulun 9-da 100 sm), Bankədə 188 (2017-ci il iyulun 9-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetrə (2017-ci il iyulun 9-da 40 sm) bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]