Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan artıqdır
Bakı, 1 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə may ayının üçüncü ongünlüyü üçün monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin nəticələrinə əsasən, Kür çayında su sərfi may ayının ikinci ongünlüyünə nisbətən saniyədə 47 kubmetr artmışdır. Bundan başqa, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri Ağstafaçay su anbarında da yol verilən qatılıq həddini keçmişdir.
Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpə məntəqələrində də müşahidə olunmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]