Kür və Araz çaylarının aşağı axınında suyun səviyyəsi qalxmışdır
Bakı, 18 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən iyunun 18-də çaylarda aparılmış araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazda 55-85, Lənkəran-Astarada 50-110, Naxçıvan MR çaylarında isə 10-15 faizini təşkil etmişdir.
Yağışlarla əlaqədar iyunun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunsa da, iyunun 18-də səviyyə 7 santimetr düşmüşdür. Hazırda məntəqədə su sərfi saniyədə 156 kubmetrdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində nisbətən azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 114 kubmetr təşkil edir.
Araşdırmaya görə, iyunun 14-dən başlayaraq Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 27, Şirvanda 26, Salyanda 20, Bankədə 18, Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetr artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380, Şirvanda 242, Salyanda 203, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]