Kür və Araz transsərhəd çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
Bakı, 11 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarında dekabr ayının birinci ongünlüyü üçün monitorinq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində, eləcə də Ağstafaçay su anbarında yol verilən qatılıq həddindən çox olduğu qeydə alınmışdır.
Eyni hal Araz çayının Horadiz, Bəhrəmtəpə və Birinci Şahsevən məntəqələrində də müşahidə olunmuşdur.
Suyun oksigen rejiminin isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]