Kürdəmirdə doqquz ağacın kəsilməsi faktı aşkarlanıb
Bakı, 21 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində diametri 14-40 santimetr olan yaşköküstə 9 ağacın kəsildiyi aşkarlanıb.
Araşdırma zamanı ağacların Kürdəmir rayon sakini Əhməd Əhmədov tərəfindən kəsildiyi və təbiətə 2.230 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]