KÜRDƏMİRDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN EV TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Kürdəmir şəhərinin “Aran” yaşayış massivində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli yaşayış binası inşa edilir. Bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilir.
İnşaat işlərini “Ziya inşaat” MMC həyata keçirir. Geniş və işıqlı mənzilləri, hər cür kommunal şəraiti olacaq binanın gələn ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.