KÜRKƏNDİDƏ YENİ MƏKTƏB TİKİLİR
Sabirabadın Kürkəndi kəndində regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramına uyğun olaraq, 150 yerlik yeni məktəb tikilir.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 12 sinif otağı, kitabxana və laboratoriyadan ibarət olacaq bu təhsil ocağı yeni dərs ilinədək istifadəyə veriləcəkdir.
Cari ildə rayonun Əsgərbəyli kəndində 100 yerlik məktəbin inşası, üç məktəbin əsaslı təmiri də nəzərdə tutulur.