“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ VƏ SEÇKİLƏR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Ombudsman Elmira Süleymanova parlament seçkilərinə son hazırlıq işləri barədə məlumat vermiş, ölkəmizin Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Sərəncamının əhəmiyyətini vurğulamışdır. Müvəkkil növbəti seçkilər ərəfəsində təsisatda silsilə tədbirlər, seminarlar keçirildiyini, ayrı-ayrı bölgələrdə əhali arasında maarifləndirmə işi aparıldığını diqqətə çatdırmışdır. O, seçki təbliğatının aparılmasında, vətəndaşların bu mühüm ictimai-siyasi kampaniyada fəal iştirakının təmin edilməsində jurnalistlərin konstruktiv çıxışlarına ehtiyac olduğunu söyləmişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov seçkilərin şəffaf işıqlandırılmasının jurnalistlərin peşəkarlığından asılı olduğunu bildirmiş və demişdir ki, seçki kampaniyası ərzində mətbuatda dərc edilmiş yazılarda və elektron kütləvi informasiya vasitələrinin materiallarında fikir plüralizmi, ifadə azadlığı prinsipi, obyektivlik əsas götürülməli, cəmiyyətə qərəzzis informasiyalar ötürülməlidir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov seçkilərin elektron kütləvi informasiya vasitələrində işıqlandırılması üçün görülən işlər barədə məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]