Küveytdə baş vermiş yanğın nəticəsində azı 35 nəfər ölüb
Bakı, 12 iyun, AZƏRTAC
Çərşənbə günü səhər Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada yanğın baş verib. Polis zabitinin açıqlamasına görə, hadisə nəticəsində azı 35 nəfər həlak olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:00-da baş verib.
Yüksəkrütbəli polis komandiri yanğının baş verdiyi binada çoxlu sayda işçi olduğunu, onlardan bəzilərinin xilas edildiyini bildirib.
Küveytin Səhiyyə Nazirliyi hadisə nəticəsində 43 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Yanğının qarşısı alınıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]