Laçına qayıdan keçmiş məcburi köçkün: Bizi bu torpaqlardan zorla ayırmışdılar
Laçın, 14 iyun, A.Yavərzadə, AZƏRTAC
Uzun illərdən sonra Laçına qayıtmışıq. Bizi bu torpaqlardan zorla ayırmışdılar. Torpaqlarımız işğal olunmuşdu. Allaha şükürlər olsun ki, bu günləri də gördük, doğma yurdumuza qayıtdıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Laçına qayıdan keçmiş məcburi köçkün Ramiz Həsənov deyib.
“İndi böyük hisslər, duyğular yaşayırıq. Buna görə Prezidentimizə öz adımdan, laçınlılar adından, bura qayıdan sakinlər adından minnətdarlığımızı bildiririk. Biz şəhidlərimizin qarşısında baş əyirik, onlara Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayırıq”, - deyə keçmiş məcburi köçkün sevinc hissələrini ifadə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
- 07.08.2026 [18:05]