LAHIC QƏSƏBƏSİNİN SEL SULARINDAN MÜHAFİZƏSİ MƏQSƏDİ İLƏ BÖYÜK LAYİHƏ HƏYATA KEÇİRİLİR
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıc qəsəbəsi zaman-zaman Girdiman çayının “hücumuna” məruz qalmış, sel suları sahilboyu ərazinin bir hissəsini yuyub aparmışdır. İsmayıllı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qəsəbənin mühafizəsi məqsədi ilə ötən ildən başlayaraq geniş layihə həyata keçirilir. İlkin olaraq 2005-ci ildə Girdiman çayı sahilində 220 metr uzunluğunda qoruyucu beton bənd qurulmuşdur. Bu işlərə 82960 avro həcmində vəsait xərclənmişdir.
Cari ildən qəsəbənin çay sahili boyunca daha 550 metrlik hissəsində bu cür bənd tikiləcəkdir. İşlər Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə görüləcəkdir. Artıq tender keçirilmiş, “Körpübina” MMC qalib gəlmişdir. Hazırda bəndin çəkilişi ilə əlaqədar son hazırlıq işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]