Lamiyə Vəliyeva: Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım
Bakı, 10 sentyabr, AZƏRTAC
“Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi".
Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda isə gümüş medal qazanıb.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]