Laşa Jvaniya: Azərbaycan Gürcüstanın dostu və strateji tərəfdaşıdır
Tbilisi, 27 fevral, AZƏRTAC
Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dostudur. Qafqaz bizim ümumi evimizdir. Ölkələrimizin ümumi problemləri də var.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Laşa Jvaniya Prezident Salome Zurabişvilinin Azərbaycana səfərini şərh edərkən söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Bakıda keçirəcəyi görüşlərdə strateji tərəfdaşlığın perspektivləri, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri, eləcə də regionda mövcud problemlər əsas müzakirə mövzusu olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]