Latviya özünün 100 illiyi şərəfinə kosmosa ilk raketini buraxacaq
Riqa, 29 noyabr, AZƏRTAC
“ZINOO” elmi mərkəzinin mütəxəssisləri Latviyanın adını kosmik dövlətlər siyahısına daxil etməyi planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, onlar ilk raketi artıq 2018-ci ildə Latviyanın 100 illiyi münasibətilə buraxmaq niyyətindədirlər.
Raket mühəndisi və konstruktoru Andrey Pukitis deyib: “İndi biz oyuncağa bənzəyən kiçik raketlər buraxırıq. Biz bu növ raketlər düzəldən ilk mütəxəssislərik və həmkarımla birlikdə Baltik regionunda yeganə ixtisaslaşmış mütəxəssislərik ki, çox güclü raketlər hazırlamağımıza icazə verilib”.
Sonrakı raket sınaqlar zamanı artıq üzüyuxarı 50 kilometr, daha sonra 100 kilometr məsafə qət edəcək ki, bu da kosmosun rəsmi sərhədi sayılır.
“ZINOO” elmi mərkəzinin mütəxəssisləri qeyd edirlər ki, hazırda şaquli xətt üzrə 100 kilometr məsafəni qət edə bilən raketləri yalnız 19 ölkədə inşa etməyi bacarırlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]