Latviya Rusiya ilə sərhəddə 15 bomba sığınacağı tikəcək
Bakı, 18 iyul, AZƏRTAC
Latviyanın hökumət orqanları ölkənin Rusiya ilə sərhəd bölgələrində 15 bomba sığınacağı inşa etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət portalı məlumat yayıb.
Sığınacaqların Ludza, Balvi və Kraslava bölgələrində tikiləcəyi bildirilir. Onların inşası üçün vəsait Avropa İttifaqının Regional İnkişaf Fondu tərəfindən ödəniləcək.
Qeyd edək ki, bu ilin aprel ayında Latviyanın daxili işlər naziri Rixards Kozlovskis ölkədə “mobil sığınacaqların” tikintisi imkanlarının nəzərdən keçirildiyini deyib. Onun fikrincə, bu cür obyektlərin dövlət qurumlarının yaxınlığında yerləşdirilməsi effektiv ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]