Latviyanın Azərbaycanlı Gənclər Hərəkatı Xocalı faciəsi ilə bağlı piket və yürüş keçirib
Riqa, 26 fevral, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfirliyi XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da yürüş təşkil edib. Latviyanın Azərbaycanlı Gənclər Hərəkatının üzvləri, habelə ölkədə təhsil alan əcnəbi tələbələr Xocalı faciəsi qurbanlarını xatirəsinə ehtiramlarını bildirmək və dünya ictimaiyyətinin diqqətini erməni faşistləri tərəfindən törədilən bu bəşəriyyət əleyhinə cinayətə yenidən cəlb etmək üçün bir yerə toplaşıblar.
Riqanın əsas küçələrindən keçən aksiya iştirakçıları ingilis və Azərbaycan dillərində “Xocalıya ədalət!”, “Biz ədalət istəyirik!” şüarlarını səsləndiriblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa