Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi artmışdır
Bakı, 10 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamenti tərəfindən çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, dekabrın 9-u və 10-da Lənkəran-Astara bölgəsinə yağan intensiv yağışla əlaqədar ərazidən axan çaylarda sululuğun bir qədər artımı müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 55-105, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.
Dekabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım, Qanıx çayının Əyriçay məntəqəsində 2 santimetr azalma qeydə alınmışdır. Kür çayının aşağı axınındakı məntəqələrdə isə suyun səviyyəsində azalma müşahidə olunmuşdur.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]