Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda qastrol səfərində olub
Lerik, 13 may, İlkin Adıyev, AZƏRTAC
Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz musiqili komediyası “Arşın mal alan” əsasında səhnələşdirilən eyniadlı tamaşa Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyor heyətinin ifasında Lerik Rayon Mədəniyyət Mərkəzinin səhnəsində uğurla nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanı Lerik rayon ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, mədəniyyət xadimləri və yerli teatrsevərlər izləyiblər.