REGİONLAR
Lənkəran ziyalısı: Növbədənkənar prezident seçkiləri Azərbaycanın tarixində yeni səhifə açacaq
![Lənkəran ziyalısı: Növbədənkənar prezident seçkiləri Azərbaycanın tarixində yeni səhifə açacaq](/files/2024/1/1200x630/17050483884283414843_1200x630.jpeg)
Lənkəran, 12 yanvar, İlkin Adıyev, AZƏRTAC
Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, suverenliyimizin tam bərpasından sonra keçirilən ilk seçkidir. Ərazi bütövlüyümüzün tam təmin olunmasını yeni dövrün başlanğıcı saymaq olar. İlk dəfə olaraq seçkilər müstəqil ölkəmizin hər yerində keçiriləcək. Bunun prezident seçkisi olması isə xüsusi vurğulanmalıdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Lənkəran ziyalısı, araşdırmaçı, tarixçi İldırım Şükürzadə söyləyib.
“Növbədənkənar prezident seçkiləri Azərbaycanın tarixində yeni səhifə açacaq. Çünki əvvəlki prezident seçkilərindən fərqli olaraq, builki seçkilər ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazisini əhatə edəcək. Doğma yurdlarından didərgin düşmüş həmvətənlərimiz işğaldan azad olunan ata-baba torpaqlarında səs verməklə şanlı tariximizin iştirakçısı olacaqlar”, - deyə rayon ziyalısı bildirib.
“Bütün seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıram”, - deyə o əlavə edib.