Lənkəranda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Lənkəran, 22 iyul, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, 3 maşın toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunda qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili isə aşaraq digər “Mercedes” avtomobilinə çırpılıb. Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda yolun tam açılması istiqamətində işlər aparılır.
Qəzada xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.