REGİONLAR
LƏNKƏRANDA “AQROTEXSERVİS” FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Lənkəran rayonunda aqrar sahənin inkişafını təmin etmək məqsədilə yaradılmış “Aqrotexservis” şirkəti fəaliyyətini genişləndirir.
Rayonda kənd təsərrüfatı ilə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri şirkətin xidmətindən səmərəli istifadə edirlər.
Hazırda müəssisəyə gətirilən yeni texnika va maşınların sayı 20-yə çatdırılmışdır. Yaxın günlərdə buraya əlavə kənd təsərrüfatı texnikası gətiriləcəkdir.
“Aqrotexservis” şirkəti fəaliyyətini təkcə texniki xidmətlə məhdudlaşdırmır. Müəssisə, həmçinin, kənd təsərrüfatı ilə məşğul olanları toxum və mineral gübrələrlə təmin edir, yetişdirilmiş məhsulların satış bazarlarına çıxarılmasında əhaliyə yaxından köməklik göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]