LƏNKƏRANDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI İLƏ ƏLAQƏDAR TOPLANTI KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamına müvafiq olaraq, özlərinin peşə bayramlarını qeyd edən rayonun dövlət qulluqçularını təbrik etmiş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmiş, müstəqil Azərbaycanı böyük öndərin şah əsəri adlandırmışdır.
Mərasimdə Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovun “Heydər Əliyev və Dövlət qulluğu” mövzusunda məruzəsi dinlənilmişdir.
Sonra rayonun bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələi təqdim edilmişdir.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.