Lənkəranda gənclərin ekoloji layihəsi başa çatmışdır
Bakı, 19 dekabr (AZƏRTAC). Lənkəran rayonunda “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (İB), ATƏT-in Bakı ofisi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası, “Təmiz Şəhər” ASC tərəfindən birgə həyata keçirilən “Yaşıl korpus-gənclər təşəbbüsü” layihəsi başa çatmışdır.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin iyun-dekabr aylarını əhatə edən layihənin birinci hissəsində “Yaşıl korpus-yay məktəbi” təşkil olunmuşdur. Gənclərə 6 gün ərzində ekoloji menecment sahəsində bilik və bacarıqlar aşılanmışdır. Bundan əlavə, 30 gənc təbii ehtiyatların, xüsusilə meşə ehtiyatlarının düzgün idarə olunması haqqında məlumatlandırılmışlar.
Layihənin ikinci hissəsində 3 aksiya həyata keçirilmişdir. “Ekoloji təmiz mühit yaradaq” aksiyasında könüllü iştirak edən 25-dən çox gənc rayon sakinlərinə maarifləndirici bukletlər paylamış, onlara layihənin mahiyyəti barədə məlumat vermişlər.
“Təmiz küçə-sağlam həyat” aksiyası çərçivəsində isə küçə və parklar tullantılardan təmizlənmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir. Aksiyada Lənkəranda yaşayan 17 gənc iştirak etmişdir.
Üçüncü aksiya isə 13 gəncin könüllü iştirak etdiyi “Söyüdlü sahil” olmuşdur. Aksiya çərçivəsində sakinlərin istirahəti üçün yol qırağındakı ağacların altına skamyalar və zibil qutuları qoyulmuşdur. Sonra sosial şəbəkələrdə elanlar verilmiş, gənclər tərəfindən əhaliyə xüsusi bukletlər paylanılmış, habelə Lənkəran Dövlət Universitetində layihə haqqında təqdimat keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]