Lənkəranda “SABAH” qrupları tələbələrinin ifasında “Əli və Nino” tamaşası nümayiş olunub
Bakı, 15 iyul, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “SABAH” İncəsənət Festivalı çərçivəsində Lənkəran Dövlət Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarında aktyor ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təqdimatında Qurban Səidin “Əli və Nino” tamaşası nümayiş olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “SABAH” tələbələrinin əldə etdikləri bacarıqları nümayiş etdirmək məqsədilə təşkil olunan tamaşanı Lənkəran şəhər ictimaiyyəti, tələbələr və məktəblilər izləyiblər.