LƏNKƏRANDA “TÜRKİYƏ VƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN DOSTLUQ DÜŞƏRGƏSİ” AÇILMIŞDIR
Lənkəran, 13 avqust (AZƏRTAC). Lənkəran rayonundakı “Palıdlı sahil” istirahət mərkəzində “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi” layihəsinin icrasına başlanmışdır.
Gənclər və İdman Nazirliyinin, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində Türkiyə və Azərbaycanı təmsil edən 40 nəfər gənc lider üçün komanda işinin təşkili məsələləri, praktik və kreativ oyunlar, interaktiv seminarlar, mədəniyyətlərarası dialoq mövzusunda mühazirələr, layihə ideyaları üzərində işlər, iki qardaş ölkə arasında münasibətlər mövzusunda debatlar, hər iki ölkənin mədəniyyət gecələri və müxtəlif mövzularda müzakirələr təşkil ediləcəkdir.
Avqustun 17-dək fəaliyyət göstərəcək düşərgədə gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə maraqlı intellektual oyunlar, mədəni-əyləncəli proqramlar və idman yarışları təşkil ediləcək, qonaqlar rayonun görməli yerlərində olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]