LƏNKƏRANDA ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Zona müşavirəsində işsizliyin azaldılması və yeni iş yerlərinin açılmasının əhalinin pul gəlirlərinə və son nəticədə isə pensiyaların artımına təsir edən mühüm amil kimi dəyərləndirilmiş, ölkəmizdə pensiya islahatlarının dörd əsas istiqamətdə aparılmasının vacibliyi vurğulanmışdır. Müşavirədə, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməsi, işləyənlərin uçota alınması və onların sosial sığorta haqlarının ödənilməsinə cəlb olunmasında mövcud nöqsanlar, debitor borcların yaranma səbəbləri və həlli vacib digər problemlərin aradan qaldırılması sahəsində qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Tədbirdən sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Zeynal Nağdəliyev fondun rayon şöbəsində pensiyaçılardan bir qrupunu qəbul etmişlər.