Lənkərandakı Boks Mərkəzinə yüksək səviyyəli təlimçilər cəlb olunacaq
Lənkəran, 12 iyun, Cavid Əliyev, AZƏRTAC
Lənkəranda zona yarışlarını təşkil etməyi planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov Lənkəranda Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, boks mərkəzinə dünyanın müxtəlif yerlərindən yüksəksəviyyəli təlimçilər cəlb olunacaq: "Mərkəzin açılışı ABF-nin strateji planına uyğun olaraq həyata keçirilib. Əsas məqsədlərdən biri də regionlarda boks infrastrukturunu inkişaf etdirməkdir. Sumqayıtdan sonra Lənkəranda bu cür mərkəzin olması bölgədə boksun yüksəlməsinə şərait yaradacaq. Bildiyiniz kimi, cənub bölgəsindən ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən idmançılar çıxıb".
Federasiya rəsmisinin sözlərinə görə, Lənkəranda mərkəzdən savayı, idmançıların qalması üçün yataqxanalar da tikiləcək: "Qısa müddət ərzində bu bölgədən yaxşı idmançılar çıxacağına inanıram. Bundan sonra Astara və Masallıda, plana uyğun olaraq, boks zallarının açılışı olacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]