“Lester Siti” klubunun sahibinin vertolyotu qəzaya uğrayıb
Bakı, 28 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin “Lester” klubunun sahibi Vişay Şrivaddanaprabhanın vertolyotu qəzaya uğrayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, vertolyot idarəetməni itirib və “Kinq Pauer” stadionu yaxınlığında qəzaya uğrayıb. Hadisə İngiltərə çempionatının 10-ci turunda “Lester Siti” - “Vest Hem” oyunundan sonra baş verib.
Klubdan hadisə ilə bağlı hələ ki, heç bir rəsmi məlumat bildirilməyib.
Vişay Şrivaddanaprabha “King Power Duty Free” gömrüksüz ticarət mağazalar şəbəkəsinin təsisçisi və baş direktorudur. O, 2011-ci ildə “Lester Siti” klubunu alıb və komanda 2016-cı ildə İngiltərə çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]