Lionel Messi Kriştiano Ronaldonu qabaqlayıb
Bakı, 3 aprel, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi La Liqada standart vəziyyətlərdə vurduğu qolların sayına görə Kriştiano Ronaldonu qabaqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu aprelin 2-də La Liqanın 30-cu turunda “Villareal”la (4:4) görüşün 90-cı dəqiqəsində cərimə zərbəsindən qol vurub. Bu qolla argentinalı hücumçu standart vəziyyətdə vurduğu qolların sayını 81-ə (29-u cərimə zərbəsi, 52-si penalti) çatdırıb. Bu nəticə ilə Messi “Real Madrid”in sabiq portuqaliyalı futbolçusu və hazırda “Yuventus”da forma geyən Kriştiano Ronaldonu (80 qol - 19 cərimə zərbəsi, 61 penalti) geridə qoyub.
Cari mövsümdə Lionel Messi 50 cərimə zərbəsi cəhdindən 7-ni dəqiq yerinə yetirib. Kriştiano Ronaldo isə 23 cərimə zərbəsi cəhdindən heç birində fərqlənməyib.
Qeyd edək ki, argentinalı hücumçu La Liqada “Barselona”nın heyətində keçirdiyi 446 görüşdə 415 dəfə fərqlənib və 238 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]