LİTVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDAS ADAMKUSA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Litva münasibətləri bu gün özünün dinamik inkişaf dövrünü yaşayır. Daim genişlənən ikitərəfli əlaqələrimiz, bir çox sahələrdə, xüsusən enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlığımız məmnunluq doğurur.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olan işbirliyimizin möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda atdığımız addımları və qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 fevral 2009-cu il.