Litvada koronavirusa yoluxanların sayı 15 mini keçib
Vilnüs, 2 noyabr, AZƏRTAC
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 895 nəfər artaraq 15719-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 27 min 761 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6797 nəfərdən götürülən testlərin 895-nin nəticəsi müsbət çıxıb.
Sağalanların sayı isə 4883-dir. Yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 166 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]