Litvanın Xarici İşlər Nazirliyi Azərbaycana təyin olunacaq yeni səfirin adını açıqlayıb
Vilnüs, 18 iyun, AZƏRTAC
Litvanın Xarici İşlər Nazirliyi 7 ölkəyə səfir təyin olunacaq namizədlərin adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, namizədlər sırasında Egidiyus Navikas da var və onun sentyabr ayından etibarən Azərbaycana səfir təyin olunması təklif edilir. O, bu vəzifədə Valdas Lastauskası əvəz edəcək. V.Lastauskas isə Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışacaq.
Egidiyus Navikas hazırda Avropa İttifaqının İordaniyadakı nümayəndəsinin müavini işləyir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]