Livandan İsrail ordusunun mövqelərinə 90-a yaxın mərmi atılıb
Bakı, 12 iyun, AZƏRTAC
İsrailin şimalı Livan ərazisindən güclü atəşə tutulub. Yəhudi dövlətinin ərazisinə ümumilikdə 90-a yaxın mərmi atılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, mərmilərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Yerə düşən mərmilər isə təbiət yanğınlarına səbəb olub.
Hadisə ilə bağlı ölkənin şimal bölgəsində hava hücumu xəbərdarlığı edilib. Yuxarı Qalileya regionunda, o cümlədən Şafad, Roş-Pina şəhərlərində, həmçinin Buxayrat-Tabariya gölü ərazisində və Təbəriyyə şəhərində sirenalar səslənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]