LİVANIN BAŞ NAZİRİ HƏRİRİNİN QƏTLİNİN TƏHQİQİ HAQQINDA MƏRUZƏNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Livanın ədliyyə naziri Şarl Rizk isə Brammertsin məruzəsini “yüksək peşəkar işin nəticəsi” adlandırmışdır.
Həririnin qətli işi üzrə artıq bir ildir istintaq aparan beynəlxalq komissiyanın başçısı təhqiqatın gedişi barədə növbəti məruzəni bu günlərdə BMT-nin baş katibi Kofi Annana təqdim etmişdir. Sənəddə Dəməşqin beynəlxalq komissiya ilə əməkdaşlığının yaxşılaşdığı vurğulanır.
İstintaq qrupunun başçısı vəzifəsində Brammertsin sələfi alman prokuror Detlev Mexlis özünün iki məruzəsində Həririnin qətlində Suriyanın bir sıra yüksək vəzifəli xadimlərinin iştirakının mümkünlüyü və Dəməşqin kifayət qədər əməkdaşlıq etmədiyini bildirirdi.
Üç gündən sonra BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim olunacaq məruzədə deyilir ki, hazırda beynəlxalq komissiya 24 təhqiqat aparır, 13 ölkəyə daha 32 sorğu göndərilmişdir. Sənəddə təhqiqatın müddətini daha bir il də uzatmaq barədə Livanın xahişi dəstəklənir. BMT komissiyasının indiki mandatının müddəti iyunun 15-də bitir.
Xatırladaq ki, Livanın sabiq Baş naziri Rəfiq Həriri 2005-ci il fevralın 14-də Beyrutun mərkəzində güclü partlayış nəticəsində öldürülmüşdür. Onunla birlikdə daha 22 adam həlak olmuşdu. Görkəmli siyasətçinin qətlində Livan və Suriyanın xüsusi xidmət orqanlarının bir sıra əməkdaşları təqsirləndirilir.