Lizarazyu, Salihamidcic və Elber “Bavariya”nın səfirləri olacaqlar
Bakı, 11 yanvar, AZƏRTAC
Münxenin “Bavariya” klubunun rəhbərliyi bir neçə sabiq futbolçusu ilə əməkdaşlıq etməyi qərara alıb.
AZƏRTAC “Sportbild”ə istinadla xəbər verir ki, vaxtilə Münxen klubunda forma geyinən məşhurlar - Biksant Lizarazyu, Hasan Salihamidcic və Covane Elber “Bavariya”nın səfirləri qismində fəaliyyət göstərəcəklər. Məsələyə münasibət açıqlayan Münxen təmsilçisinin marketinq məsələləri üzrə mütəxəssisi Andreas Yunq bildirib ki, dünya şöhrətli futbolçular beynəlxalq aləmdə klubun maraqları çərçivəsində xidmət göstərəcəklər.