Loğman Kərimov: Ümid edirəm ki, bu forum teatrın inkişafına təsir edəcək
Bakı, 11 aprel, AZƏRTAC
Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Teatr Forumunda iştirak edirik. Buna görə də mən bir vətəndaş kimi, sənət adamı kimi təşkilatçılara minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu forum teatrın inkişafına təsir edəcək.
Bu sözləri AZƏRTAC- a açıqlamasında “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda iştirak edən Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov deyib.
“İstərdim ki, bölgə teatrlarına dərəcələr verilsin. Teatr işçilərinin sosial vəziyyəti ilə bağlı irəliləyişlər olsun. Biz sənət adamları istərdik ki, düşüncələrimizi səhnədə göstərə bilək. Azərbaycan mədəniyyəti - böyük mədəniyyətdir. Azərbaycan xalqı yüksək teatr sənətinə diqqət verə bilən bir xalqdır” ,- deyə Loğman Kərimov söyləyib.
Əməkdar artist əlavə edib ki, Teatr Forumunda bütün müzakirələrlə yanaşı, problemlər də qaldırılsın və onların həlli istiqamətində zəruri tədbirlər görülsün.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]