LONDON-SİTİNİN LORD-MERİ TƏNTƏNƏLİ İFTAR SÜFRƏSİ AÇMIŞDIR
Süfrə gün batanda - iftar vaxtı açılmış və bütün dəvətlilər onun qonağı olmuşlar. Dəvətdə ölkə müsəlmanlarının onun inkişafına töhfəsi, Sitidə yaşayan müsəlmanların və digər dinlərin nümayəndələrinin qarşılıqlı fəaliyyətinin gücləndiyi bildirilmişdir.
Lord-mer demişdir: “Sitidə bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinə hörmət bəslənilir. Bu gün İslama etiqad edən həmkarlarımıza minnətdarlığımızı bildirmək üçün gözəl imkanımız var. Siti qloballaşmanın, həqiqətən, canlı nümunəsidir. Müxtəlif etnik və dini mənşəli bir çox adam burada bir yerdə işləyir”.
Britaniya Müsəlmanları Şurasının baş katibi doktor Məhəmməd Əbdülbari təşəkkül tapmış siyasi mühitdə müsəlmanların rolunun tanınmasının vacibliyini vurğulayaraq demişdir ki, Britaniya müsəlmanları yaranmaqda olan islam maliyyə bazarında və bütövlükdə dünya ticarətində ölkəyə böyük imkanlar açırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]