LONDONDA XOCALI SOYQIRIMI İLƏ BAĞLI ETİRAZ AKSİYASI KEÇİRİLƏCƏKDİR
Bakı, 20 fevral (AZƏRTAC). Londonda yaşayan azərbaycanlılar fevralın 26-da XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqrımının 18-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirəcəklər.
Londonda təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə reallaşacaq aksiya Böyük Britaniyanın parlament binasının qarşısında, məşhur “Parliament Square” meydanında keçiriləcəkdir.
“Justice for Khojaly” (Xocalıya ədalət) kampaniyası çərçivəsində təşkil olunacaq aksiyanın daha sonra Ermənistanın Londondakı səfirliyinin qarşısında davam etdiriləcəyi gözlənilir.
Artıq Böyük Britaniya parlamenti aksiyanın keçirilməsinə rəsmən icazə vermişdir. Aksiya zamanı bütün təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]