Lord David Evans: Səsvermə zamanı gördüklərim məndə xoş təəssüratlar yaradıb
Bakı, 26 sentyabr, Əsəd Məmmədov, AZƏRTAC
Azərbaycanda olmaqdan çox məmnunam. Referendumla bağlı səsvermə prosesini izləyərkən müşahidə etdiklərim məndə xoş təəssüratlar yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 26-da ölkəmizdə keçirilən referendum prosesini müşahidə edən Böyük Britaniya parlamentinin üzvü Lord David Evans deyib.
Britaniyalı deputat xüsusi vurğulayıb ki, Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirə layiqdir.